Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva ailə təsərrüfatlarının statistik uçotunun aparılması, bunun məqsədi və əhali üçün əhəmiyyəti barədə fikirlərini açıqlayıb.
QHT.az həmin fikirləri təqdim edir:
"Əhali arasında son günlərdə müzakirə olunan "statistika aparılacağı" fikrinə daha düzgün analiz etmək lazımdır.
Əhalinin ailə təsərrüfatl və ya şəxsi istifadəsi üçün nəzərdə tutulan iri və xırda buynuzlu heyvanların, quş əti və yumuryanın saxlanılmasında olan çətinlikləri öyrənmək, əhalinin sosial müdafiə mexanizmlərini gücləndirmək və dəstək olmaq məqsədi daşıyır.
Əhali arasında "vergiyə cəlb"anlayışı statistika prosesində nəzərdə tutulmayıb. Ailə təsərrüfatlarının statistikası əhalinin dövlətin yaratdığı imkanlardan istifadə etmə mexanizmlərinə əl çatanlığı düzgün çatdırmaqdır.
Kənd təsərrüfatı məhsullarının yetişdirilməsində real vəziyyəti düzgün qiymətləndirmək və daxili bazarın ərzaq təminatının nə qədər ödəyə biləcəyinin dəqiq hesablanmasında faydalı olacaqdır.
Məlumatın əhali arasında statistikanın aparılması istiqamətində təbliği düzgün aparılmalı,əhalinin müxtəlif dəstəklərdən düzgün istifadəsinə yönləndirilməlidir. Gələcək iqtisadi yüksəliş daha yaxşı sosial müdafiə və sosial rifahn qarantisidir".











