ABŞ-ın Kaliforniya sahillərində baş verən zəlzələdən sonra Sunami Xəbərdarlıq Mərkəzi açıqlama verib.

Daha çox oxu

 

ABŞ-ın Kaliforniya ştatı sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.

 

ABŞ Geoloji Xidməti (USGS) ABŞ-ın Kaliforniya ştatının Şimali Kaliforniya bölgəsində 6,4 bal gücündə zəlzələnin qeydə alındığını açıqlayıb. Humboldt rayonunda maddi ziyana səbəb olan və elektrik enerjisinin kəsilməsinə gətirib çıxaran zəlzələ gecə yarısı baş verib.

 

QHT.az xəbər verir ki, 16 kilometr dərinlikdə baş verən güclü təkan nəticəsində xəsarət alanlar və ya ölənlər barədə hələlik məlumat verilmir.

 

Bildirilib ki, son 10 gündə bölgədə 3,0 və ya daha yuxarı gücdə zəlzələ qeydə alınmayıb.

 

Qeyd edək ki, Sunami Xəbərdarlıq Mərkəzinin verdiyi açıqlamada sunami təhlük