Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən “Süni İntellekt və Rəqəmsal Bacarıqlar Akademiyası” layihəsinin ilk təlimi baş tutub.
İnteraktiv formatda təşkil olunan təlim zamanı gənclər mövzu ilə bağlı suallarını ünvanlayıb, əldə etdikləri bilikləri praktiki nümunələr əsasında möhkəmləndirmək imkanı qazanıblar.
Layihənin əsas məqsədi gənclərin süni intellekt və rəqəmsal texnologiyalar sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onların innovativ düşüncə tərzini formalaşdırmaq və müasir əmək bazarının tələblərinə uyğun kompetensiyalar qazanmalarına dəstək olmaqdır.











