Yaxın Şərqdəki müharibənin iqtisadi təsirləri çoxtərəfli inkişaf banklarının böhranlara müdaxilə edən qurumlar kimi rolunu artırır. Banklar münaqişədən zərər çəkən ölkələrə dəstək göstərmək üçün yeni maliyyə mexanizmləri tətbiq edirlər.

QHT.az xarici mediaya istinadən bildirir ki, dünyanın bir sıra böyük çoxtərəfli inkişaf bankları müharibənin iqtisadi nəticələrini azaltmaq məqsədilə əlavə maliyyə vəsaitləri ayırdıqlarını, yeni maliyyələşdirmə alətləri yaratdıqlarını və böhranlara cavab mexanizmləri tətbiq etdiklərini açıqlayıblar.

Bankların əsas diqqəti enerji və gübrə qiymətlərinin kəskin artmasının ölkələrin iqtisadiyyatına təsirlərini azaltmağa yönəlib. Bu yanaşma inkişaf banklarının ənənəvi maliyyələşdirmə fəaliyyətindən əlavə, böhranlar zamanı ölkələrə təcili dəstək göstərən qurumlara çevrildiyini nümayiş etdirir.