Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “2024–2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” üzrə qrant müsabiqəsinin qaliblərindən biri olan Gəncə şəhərində “Təhsil yolunda ilk addımları birgə ataq” icma əsaslı layihədə fəaliyyətlər uğurla başa çatmışdır. Icma əsaslı qrupa 12 nəfər 3-4 yaşlı qız və oğlanlar cəlb edilmişlər, layihə 8 ay - 16 dekabr 2024-cü il -31 iyul 2025-ci ildə baş tutmuşdur.

Məşğələlər 2 saat olmaqla həftədə 5 dəfə təsdiq edilmiş proqram əsasında və azyaşlıların maraq dairələri də əlavə edilərək keçirilmişdir. İcma əsaslı qrupda azyaşlılarda müəyyən yumşaq bacarıqların, motorikanın inkişaf etdirilməsi də həyata keçirilmiş, uşaqlara özünü tanımaq, sərbəst şəkildə özünü idarə və ifadə etmək, qərar vermək, yaşadığı çevrəyə hörmət etmək, əşyaları adları ilə tanımaq, danışaraq problemi həll etmək, özündən böyükləri izləyib kiçiklərə nümunə olmaq və s. əsas istiqamətlərdən olmuşdur.

 

Azyaşlılarla face art, musiqi duyumu və ona uyğun hərəkət, paylaşmaq, xor şəklində musiqi ifa etmək, Gəncənin qədimi Xan bağında gəzinti və s. kimi fəaliyyətlər həyata keçirilmişdir ki, bu da balacalara özlərini kəşf etməyə, onların bacarıqlarını üzə çıxarmağa imkan verir. Sadalanan məşğələlər Montessori təlimi vasitəsilə həyata keçirilmişdir.