Azərbaycan xalqının ən əziz və qürurlu bayramlarından biri olan 9 Noyabr – Dövlət Bayrağı Günü hər birimizin qəlbində sonsuz fəxrlə qeyd olunur. Üçrəngli bayrağımız sadəcə dövlət atributu deyil, əcdadlarımızın azadlıq amalının, qəhrəman şəhidlərimizin qanının və xalqımızın əyilməz iradəsinin əbədi təzahürüdür.
Mavi rəngimiz türkçülüyü, qırmızı rəngimiz müasirliyi və inkişafı, yaşıl rəngimiz isə islam sivilizasiyasını və həyat eşqini simvolizə edir. Bu uca göylərdə dalğalanan müqəddəs bayraq hər bir azərbaycanlının döyünən ürəyi, milli kimliyinin ayrılmaz parçasıdır.
"İstedadları Tanıyaq və Tanıdaq" İctimai Birliyi olaraq, Vətəninə, dövlətinə və üçrəngli bayrağımıza bağlı olan hər kəsi ürəkdən təbrik edirik. İnanırıq ki, gənc istedadlarımız bu bayrağın altındakı zəfər ruhundan ilhamlanaraq ölkəmizi daha parlaq sabahlara daşıyacaq, üçrəngli simvolumuzu hər zaman zirvələrdə uca tutacaqlar.
Qoy şanlı bayrağımız Zəfər torpaqlarımızda, suverenliyimizin bərqərar olduğu bütün Azərbaycan diyarında əbədiyyətə qədər dalğalansın!
Bayramınız mübarək olsun!
“İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin sədri Vüsalə Qələndərli Sadıqova










