7 ayın sosial göstəriciləri

QHT.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 21 sosial xidmət müəssisəsində bu ilin yanvar-iyul aylarında 3 min şəxsə stasionar və yarımstasionar şəraitdə xidmətlər göstərilib.

Həssas əhali qruplarına aid olan həmin şəxslər sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-pedaqoji, və s. xidmətlərlə təmin olunublar.

Qeyd  edilən şəxslərdən 967 nəfərini uşaqlar təşkil edib.