Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov ölkədə tibbi avadanlıqların texniki etibarlılığı və dəqiqliyinin qorunması probleminin cəmiyyəti ciddi narahat etdiyini bildirir.
QHT.az xəbər verir ki, o, qeyd edir ki, klinikaların çoxunda rentgen, ultrasəs, KT, MRT və digər cihazlar ildə bir dəfə kalibrasiya olunmalı olsa da, proses könüllü aparılır, saxta sənədlər təqdim olunur və ölkədə etalonların sayı 5-6 ilə məhdudlaşır. Nəticədə səhv diaqnozlar, radiasiya təhlükəsi və tibbi xidmətin etibarlılığının azalması müşahidə olunur. QHT sədri həmçinin Səhiyyə Nazirliyi və TƏBİB-də ictimai nəzarətin zəif olduğunu və QHT-lərin bu sahədə yetərli fəaliyyət göstərmədiyini vurğulayır.
Pərvanə Fərhadqızı






