“Həmin bankların bizə müraciət olunan məsələlərindən biri, birincisi istehlak kreditləri ilə bağlı üzləşdikləri problemlərdir. İstehlak kreditlərinin verilməsində vətəndaşlarımızın müqavilələri imzalayarkən müəyyən mənada məlumatsız olması, xüsusilə də sosial sektorda sosial müdafiəyə ehtiyacı olan insanların bu problemlərlə qarşılaşması sonradan narazılıqlara səbəb olub. Bəzən istehlak kreditləri sahəsində faizlərinin yuxarı olması bankların bu sahəyə daha çox meyillənməsinə gətirib çıxarır”.
QHT.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Mahir Abbaszadə “Bank mübahisələrinin uğurlu həlli yolları" adlı konfransda çıxışı zamanı bildirib.
Deputat real sektorda verilən kreditlərdə o qədər də böyük problemlərin olmadığını vurğulayıb: “Əgər varsa da banklarla iş adamları arasında mübahisələr bir şəkildə həllini tapır. Banklar istehlak kreditləri verərkən vətəndaşların bu vəziyyətini nəzərə almalıdır. %-lərin yuxarı olması ilə bağlı məsələlərə diqqət yetirməlidir ki, sonunda insanlar problemlərlə rastlaşmasın”.
Pərvanə Fərhadqızı












