İqtisadçı Natiq Cəfərli “Bank mübahisələrinin uğurlu həlli yolları" adlı konfransda media və insanlar üçün maraqlı ola biləcək sual səsləndirir:
“Mənə elə gəlir ki, istənilən məhdudiyyət hüquqi nöqteyi nəzərindən də doğru olmayan bir məhdudiyyətdir. Bu ölkənin imicinə, biznes mühitinə mənfi təsir göstərir. Mənə 11 min 500 dən artıq dollar lazım olanda qohumlarımın şəxsiyyət vəsiqəsin götürüb gedib almalıyam. Niyə? Bəzən insanlar banka müraciət etmədən kredit götürür. Kompüter, televizor və s. Bu kommersiya krediti, yoxsa istehlak krediti sayılır?
Azərbaycan Banklar Assosasiyasının İdarə Heyyətinin sədri Zakir Nuriyev bu suala cavab olaraq bildirib ki, yeni qanun qəbul olunduqdan sonra bu məsələ hüquqi cəhətdən öz həllini tapmış olacaq:
“Bu məsələ təkcə bankların hər hansı məhdudiyyət tətbiq etmə məsələsi deyil. Öz üzərimizə götürdüyümüz öhdəliklər var. Biz əslində bank sektoruna müəyyən mənada aid olmayan, lakin ölkə üçün əhəmiyyətli bir funksiyanı öz üzərimizə götürmüşük. Bütün bu proseslərdə birmənalı şəkildə nəzarət altında olduğunu göstərməliyik və göstəririk”.
Pərvanə Fərhadqızı












