“Mediasiya İnusttutunun təşkili və geniş istifadəçi baxımından hazırki konfrans tədbirlərin keçirilməsi olduqca önəmlidir. Sevindirici haldır ki, maliyyə xidmətləri sahəsində mübahisələrin həllinə mediasiya vasitəsi ilə baxılması sahəsində Mərkəzi banklar, Mediasiya Şurası arasında sıx əməkdaşlıq qurulmuşdur. Bu çərçivədə məsul nümayəndələr arasında istehlakçıların hüquqlarının müdafiəsi, mübahisələrin alternativ həlli üsullarından, mediasiyadan istifadə olunması konsektində çoxsaylı görüşlər keçirilmiş, mediasiya təcrübəsinin artırılması istiqamətində müzakirələr aparılmışdır”.

QHT.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Toğrul Əliyev “Bank mübahisələrinin uğurlu həlli yolları" adlı konfransda çıxışı zamanı bildirib.

O, qeyd edib ki, 2023-cü ildə Mərkəzi bankın dəstəyi ilə Mediasiya Şurası, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan üzrə Maliyyə Assosiasiyası arasında memorandum imzalanmışdır: “Qurulmuş əməkdaşlıq çərçivəsində 2022- ci ildə Azərbaycan Respublikasının Sosial İqtisadi İnkişaf strategiyasına müvafiq olaraq Maliyyə Mübahisələri Komitəsi formalaşdırılmışdır. Bu komitə vasitəsilə mübahisələrə baxılması sahəsində, çətinliklərin aradan qaldırılması məqsədilə davamlı maariflənmə tədbirləri həyata keçirilir. Mərkəzi bank bank sahəsində vətəndaşların hüquqlarının qorunması sahəsinə xüsusi dəqqətlə yanaşır. Bu sahədə əhəmiyyətli tədbirlər həyata keçirilir”.

 

Pərvanə Fərhadqızı