“Ermənistanda dağ-mədən sənayesinin fəaliyyəti və Arazdəyəndə Ağır Metallurgiya Zavodunun inşası bu gün gündəmdən düşməyən və Azərbaycan Respublikasının əhalisinin, eləcə də region ölkələrin əhalisinin həyat və sağlamlığına, ekologiyasına təhlükə yaradan əsas problemlərdən biridir. Bu məsələ haqlı olaraq Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarını da narahat etməyə bilməz. Ekoloji yönümlü vətəndaş cəmiyyəti təşkilatlarının bu problemlə bağlı müraciətini alqışlayıram” - bu sözləri “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Möhübbəli Nağıyev QHT.az- a açıqlamında bildirib.

O, bütün ölkələrin, vətəndaş cəmiyyəti təşkilatların bu problemin həlli istiqamətində həmrəy olmağa çağırıb: “Bütün dünya ölkələrinin ekoloji terrorla mübarizə apardığı zamanda, Ermənistanın regionun fauna və florasına mənfi təsir göstərən fəaliyyətini pisləyirik”.

Ümid edirik ki, öz platformalarımızda bu məsələ ətrafında hər kəs əlindən gələni edəcək, çağırışlar nəticəsiz qalmayacaqdır.

 

Pərvanə Fərhadqızı