“Mübahisələrin məhkəmədən kənar alternativ yollarla problemlərin yalnız danışıqlar vasitəsilə həll edilməsi günümüzün reallığına və ya aktual məsələsinə çevrilmişdir. Azərbaycan Banklar Assosasiyası bu dövr ərzində öz üzvləri ilə birlikdə bu məsələlərin həlli istiqamətində tədbirlər görmüşdür. Problemli kreditlər kredit mövcud olduğu bütün dövr ərzində olacaq problemdir. Bizim problemli kreditlər böyüməsinin əsas səbəbi məhz 2015-ci il devalvasiya prosesləri oldu və sonra Cənab prezidentin qeyd etdiyi kimi bu problemlər əsasən çözüldü. Vətəndaşlarımız bir çox əsas problemlərindən azad olundu. Biz vətəndaşlarımızın problemlərinin mümkün dairədə həllinə nail olduq”.
QHT.az xəbər verir ki, bu sözləri Azərbaycan Banklar Assosasiyasının İdarə Heyyətinin sədri Zakir Nuriyev “Bank mübahisələrinin uğurlu həlli yolları" adlı konfransda çıxışı zamanı bildirib.
O, həmçinin qeyd edib ki, bu gün artıq bizim problemli kreditlərin həcmi 500 milyonun altındadır: “Sərt tədbirlər məhz problemli kreditlərin azalması istiqamətində öz işini gördü, öz rolunu oynadı”.
Pərvanə Fərhadqızı












