Uşaq Səfirlər Məclisinin Qazax rayonu üzrə fəalı Pərvanə Hadıyevanın təşəbbüsü, Qazax Rayonu üzrə Təhsil Sekorunun dəstəyi ilə "Qızlara kitab verək, həyat yükü yox!" adlı tədbir keçirilib.
QHT.az xəbər verir ki, Qazax rayon, E.Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbində baş tutan tədbirdə şagirdlərə qızların təhsilinin vacibliyi, erkən nikah və onun fəsadları haqqına məlumat verilib.












