Uşaq Səfirlər Məclisinin Hacıqabul rayonu üzrə nümayəndəsi Aysu Şirinovanın təşəbbüsü, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Hacıqabul Rayonu üzrə Təhsil Sektorunun dəstəyi ilə "Danışır qızlar" adlı layihə çərçivəsində tədbir keçirib.

QHT.az xəbər verir ki, tədbir 8 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin akt zalında təşkil olunub. Tədbirin məqsədi qızların cəmiyyətdə özünü ifadə edə bilmə bacarığının artırılması və bu yöndə maarifləndirici söhbətlərin aparılması olub. Rayon məktəblərində təhsil alan, bilik və bacarıqları ilə fərqlənən qızlar tədbirdə çıxış edib, qazandıqları uğurlar haqqında məlumat veriblər.