İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri, “Qarabağ və Şərqi Zəngəzurun dirçəlməsinə “Yaşıl Sarmayə”nin cəlbi” layihəsinin rəhbəri vəzifəsini icra edən Ruslan Atakişiyev Ziraat Katılım Bankının beynəlxalq bankçılıq üzrə müşaviri Abdullah Altınkaya ilə görüş keçirib.

QHT.az xəbər verir ki, görüş zamanı layihə çərçivəsində “yaşıl sərmayə”nin Qarabağ və Şərqi Zəngəzurun bərpasına yönəldilməsi imkanları müzakirə olunub.

Qeyd edək ki, sözügedən layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

 

Pərvanə Fərhadqızı