BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edən Prezident İlham Əliyev dünyanın aparıcı şirkətlərindən olan “Brookfield Asset Management”, “Neuberger Berman” və “Blackstone” rəhbərləri ilə görüşüb.
QHT.az xəbər verir ki, deputat Vüqar Bayramov qeyd edib ki, bu şirkətlər Azərbaycana sərmayə qoyuluşunda maraqlı olduqlarını vurğulayıblar. Onun sözlərinə görə, görüşlərin məhz həmin şirkət rəhbərlərinin müraciəti əsasında baş tutması Prezident İlham Əliyevin şəxsi nüfuzunu və Azərbaycanın gücünü göstərir:
"Belə əməkdaşlıqlar ölkəyə yeni investisiyaların cəlbi və qeyri-neft sektorunun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır".
Pərvanə Fərhadqızı






