Müvəkkil Hüquq Mərkəzinin "Qərbi Azərbaycan haqqında həqiqətlərin araşdırılması və təbliği" layihəsi çərivəsində "Qərbi Azərbaycan kameral təsvirlərdə" adlı III verilişi efirə gedib.

Mərkəzin sədri Səməd Vəkilov QHT.az-a bildirib ki, Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə təşkil olunan layihə çərçivəsində yayımlanan verlişin qonağı, tanınmış alim, fəlsəfə doktoru, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Nazir Əhmədli olub: "Nazir müəllimin kameral siyahıya alma ilə bağlı şəxsi vəsaiti hesabına çap etdiyi kitablar erməni tarixşünaslığına qarşı ciddi zərbədir".

Daha ətraflı videodan izləyə bilərsiniz.

 

Pərvanə Fərhadqızı