Onlayn İctimai Nəzarət Platformasının (ENEZARET) 2 illik fəaliyyətinin yekunlarına dair tədbir keçirilib. Tədbirdən sonra QHT.az-a açıqlama verən Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Strateji inkişaf və kommunikasiya şöbəsinin müdiri Elçin Mahir bildirib ki, bu agentlik 2 ildir bu platformadadır: “Azərbaycan Dövlət Reklam Agentliyi Onlayn İctimai Nəzarət Platformasının 2 illik fəaliyyətinə aid tədbirə qatılıb. Bu vətəndaşlarla və vətəndaş cəmiyyətinin nümayəndələri ilə bir körpü rolunu oynayan platformadır. Biz vətəndaşlara xidmət göstəririk, vətəndaşların müraciətlərini yüksək keyfiyyətlə vaxtında təmin edirik. Fəaliyyət və əməkdaşlığımızın uzun müddətli olmasını arzulayırıq. Arzu edirik ki, növbəti illlərdə də bir fəal qurum olaraq, vətəndaşlara xidmət edək”.

 

Pərvanə Fərhadqızı