Cənab Prezidentə QHT-lərin fəaliyyətini xüsusi vurğuladığı üçün çox təşəkkür edirəm. Xüsusi ilə son 3 ildə beynəlxalq platformalarda QHT fəaliyyəti yalnız təmsilçiliklə yekunlaşmır. Eyni zamanda mühüm məsələlərlə bağlı daha kəskin mövqe qoyulur.
Bu fikirləri QHT.az-a açıqlamasında QHT Agentliyinin Müşahidə Şurasının üzvü, Vətəndaş Tədqiqat və inkişaf İctimai Birliyinin sədri Günel Səfərova bildirib.
"Məlumdur ki, Ermənistanın iqdisadiyyatında dağ mədən sənaye sahəsi mis, qızıl, aliminium ( Rusiya şirkəti səhmdardı) və s istehsalı ən əsas gəlir sahəsidir. Beynəlxalq ekoloji qurumlar 2000-lərin ortalarında hesabatlarında sektorun qeyri-davamlı inkişafı ekoloji risklər və ətraf ərazilərə ciddi ekoloji ziyan vurması ilə bağlı məqamları qeyd etmişdilər. Lakin Ermənistana qarşı hər zaman xüsusi yandaşlıqla yanaşan ölkələr son zamanlar bu məsələdə səssizdirlər. Hətta ABŞ Ermənistanın çiplərin və prosessorların Rusiyaya verilməsi ilə bağlı xəbərdarlıq etsə belə Paşinyan hakimiyyəti əməlini davam etdirdi. İndi isə Arazdəyəndə Azərbaycanın ekologiyasına ziyan vurma istiqamətində iş aparılır.
Mənə görə bu gün ölkə rəhbəri aydın mesajlar və tapşırıqlar verdi. Azərbaycan həm də regionun ekoloji təhlükəsizliyinə təminat verir."












