Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin ofisində "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-ci illər üçün Milli Fəaliyyət Planı" ilə bağlı tədbir keçirilir.

QHT.az xəbər verir ki, tədbirdə QHT agentliyinin  Müşahidə şurasının üzvləri Zaur ibrahimov, Günel Səfərova, İsrayıl İsgəndərov, İlqar Orucov, Təhsil Nazirliyinin nümayəndələri və QHT sədrləri iştirak edir.

Tədbir qarşılıqlı diskussiya şəklində davam edir və mövzu ilə bağlı QHT- lərin sualları cavablandırılır. İştirakçılara dövlət orqanlarında vətəndaş cəmiyyətinin təmsilçiliyi, ictimai iştirakçılıq, aparılan islahatlarla bağlı maarifləndirmə işlərində qeyri-hökumət təşkilatlarının rolu barədə məlumat verilib. Eyni zamanda Milli Fəaliyyət Planın aidiyyəti bəndlərinin icrası ilə bağlı təkliflər irəli sürülüb.

 

Pərvanə Fərhadqızı