Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyi regionlarda insan alverinə qarşı mübarizə tədbirlərin genişləndirir.

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə təşkil olunan layihə çərçivəsində Quba, Qusar və Şabran rayonlarının mərkəzdən uzaqda yerləşən qəsəbə və kəndlərində insan alverinə qarşı mübarizə tədbirləri çərçivəsində maarifləndirmə işləri həyata keçirilir.

“Mərkəzdən ucqarlara-məişət zorakılığı, erkən nigahlar və potensial insan alveri qurbanları barəsində maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin icra planına uyğun olaraq davam edir. Aidiyyəti üzrə qurumlarla müvafiq əmək müqavilələri bağlanılır. Hədəflərə doğru güclü addımlar atılır. Layihənin icrası üçün tələb olunan bütün tələbləri ödənilir.

 

Pərvanə Fərhadqızı