"Aztəminatlı ailələrin inkişafda ləngiməsi olan uşaqlarına sosial- psixaloji reabilitasiya xidmətlərinin təşkili" layihəsinin icrası davam edir.
"MƏLƏK” Yardıma Ehtiyacı olan Uşaqlara Dəstək İctimai Birliyindən QHT.az- a verilən məlumata görə, layihənin məqsədi ölkəmizdə yaşayan az təminatlı ailələlərin intelektual ləngiməsi olan uşaqları bir araya gətirmək və onları müasir sınanmış metodlar əsasında sosial reabilitasiyaya cəlb etməkdən ibarətdir. Həmçinin bu uşaqların cəmiyyətə və sosial həyata inteqrasiyasını təmin etməyə yönəlib. Layihə icra planına uyğun olaraq davam edir. Aidiyyəti qurumlarla müvafiq əmək müqavilələri bağlanılıb. Hədəflərə doğru güclü addımlar atılır. Layihənin icrası üçün tələb olunan bütün tələblər ödənilir.
Ölkəmizdə son 5 ildə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sayında artım müşahidə olunur. Əsas səbəblər isə qohumlar arasında nikah nəticəsində yaranan genetik xəstəliklər, erkən nikah və doğuş vaxtı alınan travmalardır. Belə uşaqlarda məhdud anlama bacarığının, böyük və kiçik motor problemləri var. Belə uşaqlar ilk növbədə normal insanlarla ünsiyyət qurmaqda və informasiya azlığından əziyyət çəkirlər. Onlar cəmiyyətə adaptasiya ola bilmirlər və ictimai həyatdan geri qalırlar. Onların immunitetləri də zəif olur.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə təşkil olunur. "MƏLƏK” Yardıma Ehtiyacı olan Uşaqlara Dəstək İctimai Birliyinin icra etdiyi "Aztəminatlı ailələrin inkişafda ləngiməsi olan uşaqlarına sosial- psixaloji reabilitasiya xidmətlərinin təşkili" layihəsi 01 iyul 2023 -cü il tarixindən icrasına başlanılıb. Layihə 4 ay davam edəcək.
Pərvanə Fərhadqızı












