“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən icrasına başlanılan "Qərbi Azərbaycanın tarixi abidələri və mədəni irsi" mövzusunda sərgi keçirilir. Sərginin keçirilməsi və fotoalbomun çapı layihəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə təşkil olunur.
Birliyin sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvü İradə Rizazadə QHT.az-a məlumat verib. O, qeyd edib ki, layihə çərçivəsində araşdırmalar zamanı aşkarladığımız şəkillər bəzən təəccüb doğurur: “İrəvanda biz türklər kimi ataya baba deyərdik. Atamın Rizazadə Bağır müəllimin İrəvan Azərbaycan Qızlar məktəbində fəaliyyətini öyrəndim və ailəmizdə belə görmədiyimiz şəklinə rast gəldim. Məktəbin adı "İrəvan Azərbaycan Qızlar Məktəbi" adlanır. Hələ yalnız 1946- cı il buraxılışının tələbələrinin ad-soyadları və müəllim kollektivi içində erməni millətindən olan kimsəyə rast gəlmədik. Bu isə çox şeyi məlum edir. Yalnız bunu deyil, həmçinin o dövrdə qızların təhsilə cəlb olunması, onlar üçün xüsusi məktəbin də olması İrəvanın Azərbaycan təhsil mühitində rolunu da göstərmiş olur”.
Qeyd edək ki, adıçəkilən sərgi Qərbi Azərbaycan bölgəsinin zəngin tarixi və mədəni irsi ilə insanları tanış etməklə mədəni şüur yaradır, insanların öz köklərinə bağlılığını artırır, bu cür eksponatlar müəyyən bir coğrafi bölgənin və ya mədəniyyətin tarixi haqqında daha çox öyrənmək istəyənlər üçün mühüm mənbədir.
Pərvanə Fərhadqızı












