Hazırda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisində Agentliyin və Qida Təhlukəsizliyi Agentliyinin rəhbər heyyətlərinin iştirakı ilə “Milli Fəaliyyət Planının aidiyyatı bəndlərinin ilkin və aralıq nəticələrinin müzakirəsi” ilə bağlı tədbir keçirilir.
QHT.az xəbər verir ki, QHT rəhbərlərinin iştirak etdiyi tədbirdə QHT Agentliyinin müşahidə şurasının üzvü Azər Allahverənov və Qida Təhlukəsizliyi Agentliyinin sədr müvini Balarəhim Quliyev çıxış edirlər. Tədbir iştirakçılarına dövlət orqanlarında vətəndaş cəmiyyətinin təmsilçiliyi, ictimai iştirakçılıqla bağlı maarifləndirmə işlərində QHT- lərin rolu barədə məlumat verilir, eyni zamanda Milli Fəaliyyət Planının aidiyyatı bəndlərinin icrası ilə bağlı təkliflər irəli sürülür.
Tədbir qarşılıqlı diskusiya şəklində davam edir və QHT nümayəndələrinin mövzu ilə bağlı sualları cavablandırılır.
Pərvanə Fərhadqızı












