3 Dekabr- Beynəlxalq Əlilliyi olan şəxslər gününün təsis olunması fiziki məhdudiyyətli insanlara cəmiyyətin diqqətinin və onların ictimai həyatda fəal iştirakına şərait yaradılması üçün səylərin artırılmasıdır.

Azərbaycan  da əlilliyi olan şəxslərlə bağlı dövlət siyasətinin mütərəqqi beynəlxalq yanaşmalara, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğun qurulduğu və ildən-ilə gücləndiyi ölkələrdən biridir. Ölkəmizdə sosial siyasətin aparılmasını təmin edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən əlilliyi olan şəxslərin sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində ardıcıl və məqsədyönlü addımlar atılır.

Biz də "Ailələrə Sosial Dəstək" icti birliyi olaraq, biz də fiziki məhdudiyyətli insanların istedad və qabiliyyətlərini aşkara çıxarılaraq cəmiyyətə tanıdılması məqsədilə tədbirlər də təşkil edirik. Deyərdim ki, Respublikammızda əlilliyi olan şəxslərin istedad və bacarıqlarının aşkara çıxarılaraq cəmiyyətə tanıdılması üçün ümumrespublika yarış və müsabiqələri, sərgilər də davamlı xarakter alır. Həmçinin əlilliyi olan şəxslərin məşğulluq və özünüməşğulluq imkanlarının artırılması daim diqqətdə saxlanılır, paralimpiya hərəkatı ildən-ilə daha da genişlənir.

 

Esmira Rəhimova 

“Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri, əməkdar müəllim