Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli QHT.az-a açıqlamasında bildirib ki, Rusiyanın hazırkı zəifləməsi regionda yeni geosiyasi reallıqların formalaşmasına gətirib çıxara bilər:
“Avropa Birliyinin sanksiyaları və Ukrayna ordusunun müqaviməti Rusiyanı ciddi şəkildə zəiflədib. Artıq bu ölkənin uzaq regionlardan muzdlular cəlb etməsi hərbi gücünün tükəndiyini göstərir. Bununla belə, Rusiya tamamilə dağılmasa da, bir neçə ildən sonra onun imperiya kimi mövcudluğu sonlana bilər. Bu coğrafiyada yeni türk dövlətlərinin yaranması isə reallığa çox yaxındır,” – deyə Əkrəm Bəydəmirli vurğulayıb.
QHT sədrinin sözlərinə görə, hazırda Rusiya ilə münasibətlərdə ehtiyatlı davranmaq, əməkdaşlığı yalnız zəruri sahələrdə və məsafə saxlayaraq davam etdirmək məqsədəuyğundur.
Pərvanə Fərhadqızı






