ABŞ prezidenti bildirib ki, andiçmə mərasimindən bəri FTB agentləri 6000-dən çox qeyri-qanuni silah ələ keçiriblər.
QHT.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bildirib ki, o, 2025-ci ilin yanvarında vəzifəyə başlayandan bəri Federal Təhqiqatlar Bürosu (FTB) ən azı 23 min cinayətkarı yaxalayıb.
“Mənim administrasiyamın başlanğıcından bəri FTB 23 mindən çox zorakı cinayətkarı yaxalayıb ki, bu, [keçmiş ABŞ prezidenti Co Baydenin] fəlakətli administrasiyasının son ilində tutulandan iki dəfə çoxdur”, -Tramp FTB direktoru Keş Patellə birgə mətbuat konfransında deyib. O, həmçinin əlavə edib ki, qanunsuz saxlanılan 6000-dən çox silah ələ keçirilib.
Öz növbəsində, Patel yeddi ay ərzində zorakı cinayətlər törətmiş "28 600 cinayətkarın" həbs edildiyi məlumatlara istinad etdi.
R.İmanov






