Azərbaycan Dövlət İqtisad Universitetində Tələbə-rektorlar şurasının yaradılmasının məqsədi sabiq və hazırkı Tələbə-rektorların təcrübəsindən yararlanaraq, universitetin tələbə təşkilatlarının fəaliyyətinə dəstək olmadır. Həmçinin mövcud vəziyyəti müzakirə etmək, müvafiq təkliflər irəli sürməklə universitetin davamlı inkişafı üçün vahid mərkəzdə çalışmaqdan ibarətdir.

Universitetdən QHT.az-a verilən məlumata görə, Şuranın yaradılması məqsədlərindən biri də eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetinin tələbə rektorlarının məzun olduqdan sonra universitetlə əlaqəsini daha da genişləndirmək və  tələbə rektorlar şəbəkəsini formalaşdırmaqdır.

 

Pərvanə Fərhadqızı