Bu gün Hüquq və İnsan Haqları İnstitutunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin “Qərbi Azərbaycan İrsi” layihəsinin yekun tədbiri keçirilir.
QHT.az xəbər verir ki, layihə çərçivəsində yenilənmiş qerbiazerbaycanirsi.az (westernazheritage.com) platforması və “Tarixin izi ilə” sənədli filmi təqdim olunub. Tədbirdə Milli Məclisin üzvləri, tarixçi alimlər və vətəndaş cəmiyyəti nümayəndələri, dövlət qurumlarının, elm və təhsil müəssisələrinin nümayəndələri, tarixçi alimlər, vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, həmçinin media nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Qərbi Azərbaycan İrsi” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib.












