Elanlar 07.04.2025 19:35 544

QHT.az ictimai birlikləri əməkdaşlığa dəvət edir

Layihələrinizi QHT.AZ vasitəsilə tanıdın və cəmiyyətə çatdırın!

Son 10 il ərzində Azərbaycan qeyri-hökumət sektoru üçün informasiya körpüsü rolunu oynayan QHT.AZ saytı bu gün ölkənin ən etibarlı və peşəkar QHT platformalarından birinə çevrilmişdir. 2015-ci ildən etibarən fəaliyyət göstərən sayt vətəndaş cəmiyyətinin inkişafına, sosial təşəbbüslərin ictimaiyyətə çatdırılmasına və QHT-lərin fəaliyyətlərinin mediada əks olunmasına xüsusi diqqət ayırır.

2023-cü ilin 18 yanvar tarixində Azərbaycan Respublikasının Media Reyestrində qeydiyyata alınaraq rəsmi status qazanan QHT.AZ artıq daha da məsuliyyətli və peşəkar media qurumu olaraq fəaliyyətini davam etdirir.

 


QHT.AZ 2025-ci il üzrə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin müsabiqəsində qalib gələn QHT-ləri təbrik edir!


QHT.AZ olaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2025-ci il layihə müsabiqəsində qalib gəlmiş bütün ictimai birlikləri səmimi-qəlbdən təbrik edirik!

Qələbəniz təşkilatınızın ideyalarının və təşəbbüslərinin cəmiyyət üçün nə qədər önəmli olduğunu bir daha sübut etdi.

Sizi QHT.AZ platforması ilə əməkdaşlığa dəvət edirik – layihənizi daha geniş ictimaiyyətə tanıtmaq, fəaliyyətinizi medianın gücü ilə cəmiyyətə çatdırmaq üçün birlikdə çalışaq!


 

Niyə məhz QHT.AZ?

10 illik təcrübə və qazandığımız etibar

QHT.AZ komandası son on ildə yüzlərlə yerli və beynəlxalq layihənin media dəstəyini həyata keçirərək etibarlı tərəfdaş, peşəkar media platformasıdəyərli informasiya mənbəyi kimi tanınıb. Bu dövr ərzində əldə edilən etibar, cəmiyyətin və dövlət qurumlarının platformaya olan marağı ilə möhkəmlənib.

Qanunvericiliyə uyğun PİAR müqaviləsi və sənədləşmə

Təşkilatlarla imzalanan PİAR müqaviləsi əsasında qanuni əsaslı, şəffaf və qarşılıqlı məsuliyyət prinsipi ilə əməkdaşlıq qurulur.

Davamlı və ödənişsiz media dəstəyi (1 il ərzində)

Əməkdaşlıq müqaviləsi bağlamış QHT-lərin fəaliyyətləri barədə 1 il ərzində ödənişsiz xəbərlər, çıxışlar, açıqlamalar, məqalələr və müsahibələr yayımlanır.

Media planlaşdırma və təbliğat

Layihənizin mərhələlərinə uyğun xəbər təqvimi, koordinasiya planı3 xəbər saytında eyni vaxtda yayım daxil olmaqla tam peşəkar dəstək göstərilir.

Fəxri fərman və tanınma imkanı

Ən az 5 illik əməkdaşlıq etmiş təşkilatlar, yubiley münasibətilə və ya əldə etdikləri uğurlara görə təltif olunur və bu təqdimatlar həm saytda, həm də sosial mediada işıqlandırılır.

Müsahibə, reportaj və eksklüziv media imkanları

Təşkilat rəhbərləri, layihə koordinatorları və ekspertlərlə məqalə, müsahibə, video və foto reportajlar hazırlanaraq daha geniş auditoriyaya çıxış təmin edilir.


QHT-lərin səsi – QHT.AZ-da əks olunur!

QHT.AZ sadəcə xəbər yayımlamır – o, sizin təşkilatınızın rəqəmsal vizit kartı, ictimai platformasıtəsir dairəsini genişləndirən güclü tribunadır!

Siz də bu şəbəkəyə qoşulmaq, fəaliyyətinizi tanıtmaq və təşəbbüslərinizin səsini daha geniş kütləyə çatdırmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın:

📞 +994 55 325 1838
📧 [email protected] | [email protected]

🌐 www.qht.az

QHT.az poster

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı