Elanlar 11.12.2024 09:40 2758

Nazirlik QHT-ləri Şamaxıya aparır 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 13-15 dekabr tarixlərində Şamaxı şəhərində qeyri-hökumət təşkilatları və fiziki şəxslər üçün “Qış məktəbi” təşkil ediləcək. Bu tədbir mədəniyyət və yaradıcı sənayelər (MYS) sahəsində fəaliyyət göstərənlər üçün nəzərdə tutulub.

Nazirliyin məlumatına görə, “Qış məktəbi” MYS sahəsində məlumatlılığı artırmaq, effektiv layihə idarəetmə bacarıqlarını inkişaf etdirmək və strategiya qurmaq məqsədini daşıyır. Təlimdə iştirakçılar MYS-nin prioritet istiqamətləri və mədəniyyət siyasəti ilə bağlı yeni biliklər əldə edəcək, həmçinin şəbəkələşmə imkanlarından yararlanacaqlar.

Qeydiyyat prosesi artıq başlayıb və 11 dekabr saat 23:59-a qədər davam edəcək. İştirak üçün qeydiyyat bu link vasitəsilə mümkündür: Qeydiyyat linki

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı