Nəşrlər 03.05.2023 10:28 4461

Məişət zorakılığı hallarının mediada işıqlandırılması -  Jurnalistlər üçün bələdçi

Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilən “Azərbaycanda həssas qrupların hüquqlarının müdafiəsi” layihəsi çərçivəsində “Qadınlar Arasında Həmrəylik” Ictimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycanda qadınlara qarşı məişət zorakılığına qarşı mübarizə” layihəsi çərçivəsində  “Məişət zorakılığı hallarının mediada işıqlandırılması -  Jurnalistlər üçün bələdçi” adlı bələdçi hazırlanıb. 
 

Bələdçinin müəllifi “Qadınlar Arasında Həmrəylik” Ictimai Birliyidir. Bələdçidə istifadə edilən məzmun heç bir halda Avropa İttifaqı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının mövqeyini əks etdirmir.

Bələdçi Azərbaycan  təcrübəsindəki nəticələri almaqla, eyni zamanda  qabaqcıl beynəlxalq praktika, nümunələrin əsasında medianın və jurnalistlərin rolu, cavabdehliyi və məsuliyyəti ilə bağlı etik və peşə standartları, milli qanunvericiliyin tələblərini əks etdirməklə  media icmasının üzvlərinə gender bərabərliyi və məişət zorakılığına qarşı mübarizə məsələləri üzrə həssas və məsuliyyətli şəkildə məlumat verməkdə kömək etmək məqsədi daşıyır.
 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı