Cəmiyyətin İnkişafı Mərkəzinin sədri, siyasi şərhçi Əhməd Abbasbəyli 22 noyabr – Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı münasibətilə Ədliyyə Nazirliyinin əməkdaşlarına təbrik ünvanlayıb.
QHT.az həmin təbriki təqdim edir:
"22 noyabr — Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı münasibətilə Ədliyyə Nazirliyinin bütün əməkdaşlarını səmimi-qəlbdən təbrik edir, çətin, şərəfli və son dərəcə məsuliyyətli fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram.
Bu təbrik mənim üçün sadəcə rəsmi bir günün qeydi deyil, uzun illərə söykənən şəxsi müşahidələrin, birgə iş təcrübəsinin və qarşılıqlı əməkdaşlığın nəticəsidir. İllər ərzində Ədliyyə Nazirliyi ilə sıx əməkdaşlıq etmək, sistemin daxilində çalışan saysız-hesabsız peşəkar, prinsipial və işinə sadiq kadrları yaxından tanımaq imkanı qazanmışam.
Demək olar ki, ölkədə fəaliyyətini ən yaxşı tanıdığım, iş proseslərinə dərindən bələd olduğum, daim diqqətlə izlədiyim və fəaliyyətini ən çox dəyərləndirdiyim dövlət qurumlarından biri məhz Ədliyyə Nazirliyidir.
Ədliyyə sistemini uzun illərdi daim fərqləndirən əsas cəhətlərdən biri onun durğunluğa deyil, daim yenilənməyə açıq olmasıdır. Bu qurumu müasir dövrün çağırışlarına cavab verən, islahatların önündə gedən, idarəetmə və xidmət keyfiyyətini ardıcıl təkmilləşdirən aparıcı dövlət təsisatı kimi qiymətləndirirəm.
Hüquqi mexanizmlərin müasirləşdirilməsi, şəffaflığın və əlçatanlığın artırılması, vətəndaş məmnunluğuna yönəlmiş yeniliklərin tətbiqi bu qurumun institusional yetkinliyini və çevikliyini aydın göstərir.
İnanıram ki, islahatçı yanaşmanın və peşəkar kadr potensialının bu sahədə ardıcıl şəkildə davam etdirilməsi həm cəmiyyətimizdə hüquqi mədəniyyətin möhkəmlənməsinə, həm də dövlətimizin dayanıqlı inkişafına mühüm fayda verəcək.
Əlbəttə ki, 22 noyabr — ədliyyə işçilərinin peşə bayramı münasibətilə deyiləcək və yazılacaq sözlər çoxdur, amma məncə ən əsası səmimi ehtiram və təşəkkürdür.
Bir daha, bu çətin, şərəfli və son dərəcə məsuliyyətli sahədə həm əvvəllər işləmiş, həm bu gün çalışan və həm də yeni işə başlamış bütün əməkdaşları, ümumilikdə bu sistemdə əziyyəti olan hər kəsi ədliyyə işçilərini peşə bayramı münasibətilə ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə səadəti, ədalət və qanunun aliliyi naminə gördükləri işlərdə tükənməz enerji və müvəffəqiyyətlər diləyirəm!"











