Gecə reysləri tətilə ayrılan vaxtdan daha səmərəli istifadə etməyə imkan versə də, təyyarədə rahat yatmaq üçün əvvəlcədən müəyyən hazırlıq görmək vacibdir.
QHT.az xarici mediaya istinadən bildirir ki, məsələn, ABŞ-da Şükranlıq Günü ilin ən sıx səyahət dövrlərindən biri hesab olunur. Bu gün təxminən 6 milyon amerikalı təyinat məntəqəsinə çatmaq üçün ölkədaxili aviareyslərdən istifadə edir.
Lakin Amerika Yuxu Təbabəti Akademiyasının məlumatlarına görə, hər dörd yetkindən ən azı biri səyahət zamanı, o cümlədən təyyarədə yuxuya getməkdə çətinlik çəkir.
Gecə uçuşuna daha yaxşı hazırlaşmaq üçün Daily Mail nəşri iki yuxu mütəxəssisinə müraciət edib. Onlardan saat 20:00-da yola düşən reysə necə hazırlaşacaqları soruşulub.
Mütəxəssislər günün hansı saatından sonra qəhvə içməyi dayandırmaq, ekonom sinifdə rahat yatmaq üçün hansı əşyaları götürmək və həzm problemlərinin qarşısını almaq üçün hansı qidalardan uzaq durmaq lazım olduğunu açıqlayıblar.
Onlar uçuşa altı saat qalmışdan başlayan hazırlıq planı təqdim edərək sərnişinlərin təyyarəyə rahat şəkildə minməsinə və uçuş zamanı istirahət etməsinə kömək edəcək tövsiyələr veriblər.











