Son illərdə evdə yemək hazırlamağa maraq artdığı kimi, öz tərəvəzini yetişdirmək də populyarlaşan məşğuliyyətlərdən birinə çevrilib.

QHT.az xarici mediaya istinadən bildirir ki,üsusilə ev şəraitində kiçik bağ salmaq, təzə və təbii məhsullar əldə etmək istəyənlərin diqqətini çəkir. Bunun üçün böyük həyətə və ya xüsusi bağçılıq təcrübəsinə ehtiyac yoxdur.

Bitki yetişdirməkdə təcrübəsi olmayan, indiyədək saxladığı gülləri belə qoruya bilməyən insanlar da bu məşğuliyyətə başlaya bilərlər. Bəzi tərəvəzlərə qulluq nisbətən asandır və onları ev şəraitində yetişdirmək mümkündür.

Beləliklə, evdə tərəvəz yetişdirməyə başlamaq istəyənlər üçün ilk addım düzgün bitkiləri seçməkdir.