“Ermənistanın bu gün söylədikləri dünən verdiyi sözlərlə ziddiyyət təşkil edirsə, ilk növbədə həmin ziddiyyətin siyasi və hüquqi məsuliyyətini özü izah etməlidir”.
Bu fikirləri QHT.az-a açıqlamasında “Xankəndi Məcburi Köçkünlərə Dəstək” İctimai Birliyinin sədri, Milli QHT Forumunun İdarə Heyətinin üzvü Xatirə Vəliyeva bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında razılaşdırılmış prinsiplər qarşılıqlı suverenlik və ərazi bütövlüyünə hörməti, gələcəkdə ərazi iddialarından imtinanı və digər tərəfin ərazi bütövlüyünə xələl gətirən hərəkətlərdən çəkinməyi nəzərdə tutur.
“Sülh yolu seçilibsə, söz də, mövqe də, əməl də bu xəttə uyğun olmalıdır. Çünki Azərbaycanın suverenliyi müzakirə mövzusu deyil və tarixdən geri addım atmaq cəhdləri bölgədə yeni gərginlik riskləri yarada bilər”, – deyə Xatirə Vəliyeva vurğulayıb.






