25 noyabr – Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü çərçivəsində vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüş keçirilib.
“Məişət zorakılığı və həssas qruplara sosial dəstək” mövzusunda təşkil olunan görüşdə DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Aygün Musayeva iştirak edib.
Görüşün məqsədi məişət zorakılığının qarşısının alınması, həssas əhali qruplarına sosial dəstəyin gücləndirilməsi və bu istiqamətdə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişləndirilməsidir.
Aygün Musayeva məişət zorakılığı ilə mübarizədə dövlət qurumları və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb. O, həssas əhali qrupları üçün sosial xidmətlərin əlçatanlığının artırılmasının vacibliyini qeyd edib. Həmçinin ictimai maarifləndirmənin və birgə təşəbbüslərin önəminə diqqət çəkib.
Vətəndaş cəmiyyəti institutlarının nümayəndələri məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial dəstəyin gücləndirilməsi ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
Görüşdə mövcud çağırışlar, əməkdaşlıq perspektivləri və birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.











