“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal QHT.az-a bildirib ki, Ermənistan hakimiyyəti və Baş nazir Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını müxtəlif platformalarda bəyan etsələr də, Ermənistan cəmiyyətində və mediasında baş verən bəzi reaksiyalar fərqli mənzərə ortaya qoyur.

 

Onun sözlərinə görə, Azərbaycanın suveren ərazisində diplomatların hərəkəti və keçirilən tədbirlərin Ermənistan cəmiyyətində, mediasında və sosial şəbəkə seqmentində geniş müzakirə və etiraz doğurması diqqətlə təhlil edilməlidir.

“Demək ki, erməniçilik aldığı zərbədən özünə gəlməyə, toparlanmağa çalışır. Erməniçilik baş qaldırmaq üçün zaman və fürsət gözləyir”, – Aqil Camal bildirib.

 

QHT sədri hesab edir ki, Ermənistanda gedən ictimai-siyasi proseslər Azərbaycan tərəfindən ciddi şəkildə izlənilməli, təhlil edilməli və müvafiq nəticələr çıxarılmalıdır.

“İndi anlaşılırmı, Azərbaycan dövləti nə üçün israrla Ermənistan Konstitusiyasından ərazi iddialarını ifadə edən müddəaların çıxarılmasını tələb edir?..” – deyə Aqil Camal vurğulayıb.