“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli Azərbaycan təhsil sistemində mövcud imtahan modelinin təkmilləşdirilməsi və təhsilin testyönümlü yanaşmadan düşüncə və bilik əsaslı yanaşmaya keçməsi zərurəti haqda fikirlərini açıqlayıb.

QHT.az həmin fikirləri təqdim edir:

"Təhsil faktların öyrənilməsi deyil, ağlın düşünməyə öyrədilməsidir" - Albert Eynşteyn

Son günlər təhsil sistemimizin müasir çağırışlara cavab verməsi, süni intellekt texnologiyalarının
sürətli inkişafının təhsilə təsiri və Azərbaycan təcrübəsində hansı addımların atılmalı olduğu, mümkün islahat istiqamətləri, gələcəyə baxış məsələləri daha geniş müzakirə olunmağa başlayıb.

Bu diskursda milli imtahan sistemimizin təkamülü, əldə etdiyimiz nəticələr və nailiyyətlərə söykənərək
mövcud mexanizmlərin təkmilləşdirilməsi məsələləri hər birimizi narahat edir. Hər birimiz, haqlı olaraq milli imtahan sistemimiz, bu sahədə uğurlarla öyünə bilərik və öyünürük. Dövlət İmtahan Mərkəzin ictimai etimada malik, texnoloji cəhətdən qabaqcıl imtahan sistemi yaradıb, bu sistem zaman-zaman dövrün tələblərinə uyğun təkmilləşdin, yeniliklər edilib.

Cəmiyyətimiz bu dinanik inkişafı, yenilikləri hər zaman yüksək dəyərləndirib. Bu dəyişikliklər daha çox test texnologiyasını inkişaf etdirdi, əlbətdə yan nəticələr də oldu.

Faktiki olaraq imtahan industriyası yarandı. Bu industriya repititor özəyində olmaqla böyük təhsil şirkətlərinə qədər hər birimizin xidmətindən istifadə etdiyimiz ayrıca sektora çevirildi. Bu nöqtəyə qədər bu sistem effektivliyini qotuya bilirdi, indi isə artıq səmərəliliyi artmır.

Çünki, artıq texniki yaxılaşdırma ilə nəticələri yaxşılaşdırmaq, yeni səhifə açmaq, yeniliklərlə
ayaqlaşmaq, irəli getmək, keyfiyyəti artırmaq olmur. Bu sistem indiki yanaşma ilə nə qədər təkmilləşsə, şagirdləri daha çox stresə, valideynləri isə xərcə salmaqdan başqa heç nə etməyəcək. Artıq şagirdlərin "imtahan üçün" öyrənmə düşüncəsni dəyişməyəcək.

Düşnməyi öyrətməyəcək, müsair dövr isə düşünməyi öyrətməyə zəruri edir.

Daha şagirdlərin test suallarını yaxşı cavablandırmaq
texnologiyasını mənimsəməyə məcbur edən yanaşmanın dəyişməsinə ehtiyac var. İmtahanlaırn çox olması da məhz şagirdlərin test texnokogiyasını yaxşı mənimsəməsinə hesablanıb.

Bu bilik artırırmı?

Bu suala indi heç kim əminliklə müsbət cavab verə bilməz. Bu daha çox test yazmaq bacarığı artırır. Bu fikirələ isə çox adam razılaşar. Biz bilik verməliyik, yoxsa, test texnologiyası səriştəsi? Hazırda zamanın bizlərə verdiyi əsas sual budur. İmtahanların çoxluğu, sualların mürəkkəblyi son illər heç bir ciddi irəliləyiş vermədi. Bu bir faktdır.

Yalnız imtahana hazırlaşmağın xərci artır, imtahanlar, sınaqlar, testlər çoxalır. Məktəblərdə imtahanlar artır, sınaqlar artır, XI sinif şagirdlərinin eyni fənlərdən həm buraxılış, həm də qəbul imtahanı verir. Bu resurs və enerjini israf edir.

Testsə suallar mürəkkənləşir, beyinlər fiziki yüklənir, amma bilik, düşünmək bacarığı artmır. Bu sistem yeniyetmələri öyrənməkdən soyudur, onları daimi stress altında saxlayır və təhsili yaradıcı prosesindən çıxarıb, əzəbərləmək sınağına çevirir.

Dünya artıq bu yanaşmadan uzaqlaşıb, komleks qiymətləndirmədən istifadə edilir, düşüncə bacarığı ön plana çıxır. Hesab edirəm ki, bu islahatlar ölkəmiz üçün də aktualdır.

İmtahan sistemiz şəffaflıq, obyektivlik əsaslarını qorumaqla daha az imtahan, stress yaradan və düşünməyi öyrətmə istiqanətində inkişaf etməlidir".