Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirilib.  

Agentliyin İdarə Heyəti sədrinin müavini Vüqar Məmmədov qonaqlara qurumun əsas fəaliyyət istiqamətləri, həssas əhali qruplarına aid şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Həmçinin Agentliyin fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin edilməsi, sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi və xidmətlərdən yararlanmaq imkanlarının genişləndirilməsi məqsədilə həyata keçirilən layihələr diqqətə çatdırılıb.  

Görüş zamanı korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılmasında və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsində vətəndaş cəmiyyəti institutlarının, xüsusilə də QHT-lərin mühüm rolu vurğulanıb.

Görüş dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən müvafiq sahədə birgə fəaliyyət imkanlarının nəzərdən keçirilməsi məqsədi daşıyıb.