Banqladeşin humanitar və sosial inkişaf sahəsində fəaliyyət göstərən MASTUL Foundation təşkilatı İstanbulda keçirilən V Beynəlxalq QHT Sərgisində iştirak edir.
QHT.az xarici mediaya istinadən bildirir ki, noyabrın 25-dən 28-dək İstanbul Sərgi Mərkəzində təşkil olunan tədbirdə 60-dan çox ölkədən 200-dən artıq təşkilat bir araya gəlib. “Civil Society 5.0” (“Vətəndaş cəmiyyəti 5.0”) mövzusuna həsr olunan sərgi QHT-lər, humanitar təşkilatlar, donor qurumları və inkişaf tərəfdaşları arasında əməkdaşlığın genişləndirilməsini hədəfləyir.
MASTUL Foundation sərgidə təsisçisi və icraçı direktoru Kazi Riaz Rahmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Təşkilat tədbir çərçivəsində Banqladeşdə həyata keçirdiyi humanitar layihələri, sosial inkişaf təşəbbüslərini və həssas əhali qruplarına dəstək proqramlarını beynəlxalq iştirakçılara təqdim edir.
Təşkilatın sərgidəki əsas məqsədlərindən biri müxtəlif ölkələrin humanitar qurumları ilə təcrübə mübadiləsi aparmaq, yeni tərəfdaşlıqlar qurmaq və gələcək birgə layihələr üçün imkanlar yaratmaqdır.
MASTUL Foundation-ın rəhbəri Kazi Riaz Rahman bildirib ki, humanitar xidmətin sərhədləri yoxdur və beynəlxalq əməkdaşlıq daha ədalətli, humanist dünyanın qurulmasına töhfə verə bilər.
Qeyd edək ki, sərgi İslam Dünyası QHT-ləri Birliyi (UNIW) və Türkiyə Könüllü Təşkilatlar Fondu (TGTV) tərəfindən birgə təşkil olunub.











