“Səbr, xüsusilə sülh və normallaşma prosesində zəiflik deyil, əksinə, məsuliyyətin, təmkinin və nəticəyə hesablanmış davranışın göstəricisidir”.

 

Bu fikirləri QHT.az-a açıqlamasında Azərbaycan Milli QHT Forumunun (AMQF) İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan uzun illər ərzində məhz belə bir strateji səbr nümayiş etdirib.

“Səbr vacibdir, lakin sonsuz deyil. Sülh istəyini və konstruktiv yanaşmanı qarşı tərəfin daim güzəştə hazır olmaq kimi qəbul etməsi ciddi yanlışlıq olar. Xüsusilə artıq arxada qalmış separatçı ideyaların başqa adlar, strukturlar və formatlar altında yaşadılmasına cəhd göstərilməsi qarşılıqlı etimadın formalaşmasına xidmət etmir”, – deyə Ramil İskəndərli vurğulayıb.