Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT rəhbərlərinin xatirələrini əks etdirən videoçarxlar hazırlayıb.

Videoçarxların növbəti buraxılışında “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova Vətən müharibəsinin otuz altıncı günü – 1 noyabr tarixi ilə bağlı xatirələrini bölüşüb.

Könül Behbudova həmin günləri xatırlayarkən Vətən müharibəsində qazanılan Zəfərin məcburi köçkün və itkin ailələrinə yaşatdığı sevincdən, Azərbaycan xalqının və ordusunun birliyindən, eləcə də torpaqların azad edilməsinin yaratdığı qürur hissindən danışıb.

O, xatirələrini bölüşərkən bildirib:

“44 günlük Vətən müharibəsinin Zəfərindən fəxrlə, qürurla danışıram. Mən özüm məcburi köçkün ailəsinin üzvü, itkin şəhid bacısı kimi Azərbaycan Ordusunun qazandığı bu Zəfərin itkin ailələrinə böyük sevinc və qürur yaşatdığını deyə bilərəm.

Artıq 30 ilə yaxın idi ki, torpaqlarımız işğal altında qalmışdı. Biz öz torpaqlarımıza gedə, ata-baba yurdumuzu ziyarət edə bilmirdik. 27 sentyabrda başlayan Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan dövləti öz torpaqlarını geri qaytaracaq və onların bir qarışını belə heç kimə verməyəcək.

44 günlük Vətən müharibəsində Azərbaycan xalqının və ordusunun birliyini gördük. Dəmir yumruq kimi birləşən xalqımız Ali Baş Komandanın rəhbərliyi ilə 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı, Qarabağımızı bizə qaytardı.

Azərbaycan torpaqları uğrunda canından keçən bütün şəhidlərimizi dərin ehtiramla yad edir, onların ruhu qarşısında baş əyirik. Qazilərimizə Allahdan can sağlığı arzulayırıq.

Bu gün fəxr edirik ki, azad və müstəqil Azərbaycanda yaşayırıq. Torpaqlarımızın işğaldan azad olunmasının sevincini yaşadığımız üçün özümüzü xoşbəxt hiss edirik”.

Mətni daha axıcı və yığcam et