Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT rəhbərlərinin xatirələrini əks etdirən videoçarxlar hazırlayıb.
Videoçarxların növbəti buraxılışında “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev Vətən müharibəsinin otuz yeddinci günü - 2 noyabrrla bağlı xatirələrini bölüşür. Emin Tarverdiyev həmin günləri xatırlayaraq bildirib:
"2 noyabr 2020-ci ildə Zəngilan və Zəngilanın hər birinin iki kəndi, Qubadlının isə daha üç kəndi işğaldan azad olunmuşdur. Hər bir kəndin, hər bir qəsəbənin azad olunması, əlbəttə ki, bu qələbənin miqyasını daha da böyüdürdü və biz bilirdik ki, 30 illik mübarizəmiz qələbə ilə yekunlaşacaq.
Hər bir kəndin azad olunması və geridə qalan 6 ildə həmin kəndlərin bir-bir qurulması, yenidən inşa olunması cənab Prezidentin uğurlu siyasətinin nəticəsidir. Biz bu gün həmin nəticələrin canlı şahidiyik.
Ağıllı kənd layihələrinin həyata keçirilməsi, həmin kəndlərə əhalinin köçürülməsi, insanların işlə təmin olunması 30 illik mübarizəmizin sona çatmasının bariz nümunəsidir.
Qoy bizim Zəfərimiz daimi, birliyimiz əbədi olsun".








