Ölkəmizdə Nazirliklərin, Dövlət qurumlarının və yerli İcra Hakimiyyətlərinin yanında İctimai Şuralar fəaliyyət göstərir. Hesab edirəm ki, onların arasında əlaqələndirməni gücləndirmək və yerli problemləri Respublika səviyyəsində müzakirəyə çıxarmaq üçün vahid mexanizmə ehtiyac var.
Mənim şəxsi ideyam: Bələdiyyələrlə İş Mərkəzinə bənzər, İctimai Şuraların fəaliyyətini əlaqələndirən Respublika Mərkəzi İctimai Şurasının İş Mərkəzi yaradılsın.
Təklifimə əsasən, bu qurum 10 nəfərdən ibarət ola bilər: 6-nəfər QHT və vətəndaş cəmiyyəti nümayəndəsi, 4-nəfər tanınmış ziyalı və ictimai xadim. Üzvlər şəffaf qaydada müəyyənləşdirilərək öz aralarından sədr seçə bilərlər.
Mərkəzin əsas məqsədi yerli İctimai Şuraların təkliflərini toplamaq, problemləri ümumiləşdirmək, əsaslandırılmış kollektiv təkliflər hazırlayaraq aidiyyəti dövlət qurumlarına çatdırmaq və nəticələri izləməkdir. Bu mexanizm mövcud İctimai Şuraların səlahiyyətlərini əvəz etməməli, onların fəaliyyətinə müdaxilə etmədən əməkdaşlığı gücləndirməlidir.
Bu mənim şəxsi təşəbbüsüm və təklifimdi.
Təklifim və məqsədim QHT rəhbərlərinin, İctimai Şura üzvlərinin Dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığını gücləndirmək və ictimai iştirakçılığın inkişaf etməsidir!
Vidadi Quliyev
Muğan Düzü Sosial İnkişaf İctimai Birliyinin sədri











