BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) artan humanitar ehtiyaclar və maliyyə ixtisarları səbəbindən 2027-ci ildə daha az insana yardım göstərəcək.
QHT.az xarici mediaya istinadən bildirir ki, təşkilat Sudanda milyonlarla insanın ərzaq yardımına ehtiyac duyduğunu, Qəzza zolağında isə maliyyə çatışmazlığı səbəbindən həyati əhəmiyyətli yardımların kəskin azaldıldığını açıqlayıb.
WFP nümayəndəsi Metyu Hollinqvortun sözlərinə görə, maliyyə imkanlarının məhdudlaşması şəraitində kimlərə yardım göstəriləcəyini müəyyənləşdirmək çətin qərarlar tələb edir. Bu səbəbdən 2027-ci ildə yardım alan insanların sayı iki il əvvəlki dövrlə müqayisədə xeyli az olacaq.











