Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT rəhbərlərinin xatirələrini əks etdirən videoçarxlar hazırlayıb.

Videoçarxların növbəti buraxılışında “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin sədri Firuzə Cəlilova Vətən müharibəsinin on üçüncü günü - 9 oktyabrla bağlı xatirələrini bölüşür. Firuzə Cəlilova həmin günləri xatırlayaraq bildirib:

"Müharibənin 13-cü gününü yaşayırdıq və bilmirdik ki, 31 gün sonra Azərbaycan xalqının taleyi kökündən dəyişəcək.

27 sentyabrda Vətən müharibəsi başladığı gündən bütün ölkə bir vahid yumruq altında birləşdi.

Müharibə getdiyi günlər ərzində bütün Azərbaycan eyni nəfəsi alırdı, eyni xəbəri gözləyirdi, eyni ümidlə yaşayırdı.

Və əlbəttə ki, cəbhədən gələn hər bir qələbə xəbəri bizim ürəyimizdə olan o ağrının, həsrətin bir parçasını geridə qoyurdu.

Və əlbəttə ki, bu günlər ərzində mən də vətəndaş cəmiyyətinin bir nümayəndəsi olaraq, eyni zamanda jurnalist olaraq cəbhə bölgəsində ezam olunmuşdum.

Və həmin o hadisələri, o bizim həqiqətən də şücaətli döyüşümüzü gözlə görən, o hadisələri, o hissləri orada yaşayanlardan biri olduğum üçün çox xoşbəxtəm.

Çünki bu qələbənin əziyyətini bir var danışırsan, bir də var görərək danışırsan, hiss edərək danışırsan.

Və bizim şücaətli ordumuzun, istər Hadrutun azad olunması uğrunda, istənilən kəndin, yüksəkliyin, ərazilərin, şəhərlərin azad olunması uğrunda göstərdiyi o şücaətli döyüşün birbaşa şahidi olursan.

Həqiqətən də bu günlər çox unudulmaz bir günüydür.

44 gün Vətən müharibəsi bizə göstərdi ki, biz Azərbaycan xalqı, vətəndaş cəmiyyəti olaraq bir yumruq altında birləşməyi bacarırıq.

Və bütün dünyaya da bunu sübut edirik ki, Qarabağ artıq həsrət deyil, Qarabağ Azərbaycandır və bunu qürurla deyə bilirik.

Biz 30 il həsrətlə yaşadıq, 44 gün mübarizə apardıq və indi artıq Qarabağda yeni həyat qururuq.

Və bunun da qurucuları da bizim Azərbaycan xalqının birbaşa nümayəndələridir.

Biz artıq hər yerdə alın açıqlığı ilə, rahatlığı ilə deyə bilirik ki, biz qalib xalqın nümayəndələriyik.

Biz qalib xalqın vətəndaşlarıyıq və vətəndaş cəmiyyəti olaraq daim səngərdə olmasa da, sosial şəbəkələrdə, gözü görünməyən platformalarda öz silahdaşlarımızla birlikdə Azərbaycanın hüquqlarını, həqiqətlərini dünyaya, ictimaiyyətə çatdırmaq uğrunda mübarizə aparacayıq".