Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT rəhbərlərinin xatirələrini əks etdirən videoçarxlar hazırlayıb.
Videoçarxların növbəti buraxılışında "Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar" İctimai Birliyinin sədri İlqar Hüseynli Vətən müharibəsinin on ikinci günü - 8 oktyabrla bağlı xatirələrini bölüşür. İlqar Hüseynli həmin günləri xatırlayaraq bildirib:
"44 günlük savaş Azərbaycanın qurur mənbəyidir. 44 günlük savaş Azərbaycan hərb strategiyasının dünya tarixində özünü təsdiq görülməz. 44 günlük savaşın da ən önəmli günlərindən biri Hadrutun işğaldan azad olunmasını mən çox gözəl xatırlayıram.
Ölkə Prezidentimiz Ali Başqamandan Azərbaycan xalqına savaş dönəmində təsadüfi deyil ki, 7 dəfə müraciət etmişdik və o 7 müraciətin məhz 3-cü müraciəti Hadrutun qələbəsinin elan olunmasıyla bağlı idi və Hadrutun qələbəsi Şuşanın işğaldan azad olunması üçün çox gözəl imkanlar yaratdı. Məhz Şuşanın işqaldan azad olunmasının əsas həll edici məqamı məhz Cebrail tərəfdən bizim ordumuzun Hadrutu tam olaraq işqaldan azad etməsi və bu proseslərin sonucda bizim Azərbaycan xalqının qələbəsi ilə nəticələnməsinə vəsili oldu. Mən qururluyam ki, bu tarixi yaşamışam, mən qururluyam ki, Hadrutun tarixində işqaldan azad olunmasını ölkə prezidentinin cəmiyyətə elan etməsini yaşamışam".












