ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin dayandırılmasından sonra işini itirən inkişaf sektoru mütəxəssislərinin yeni iş tapmasında ciddi irqi fərqlər müəyyənləşib.

QHT.az xarici mediaya istinadən bildirir ki, Miçiqan Universitetinin araşdırmasına görə, 2025-ci ildə işini itirən afroamerikalı mütəxəssislərin yalnız 28 faizi tam ştatlı iş tapa bilib. Bu göstərici Asiya mənşəli amerikalılarda 45 faiz, ağdərililərdə 42 faiz, ispandilli və ya latın amerikalılarda 42 faiz, Yaxın Şərq və Şimali Afrika mənşəlilərdə isə 36 faiz olub.

Araşdırma 52 ölkədən 3 700-dən çox inkişaf sektoru mütəxəssisinin cavabları əsasında hazırlanıb. Respondentlərin 55 faizi son iş yerinin birbaşa USAID, 27 faizi USAID-in tərəfdaş təşkilatları, 13 faizi isə beynəlxalq QHT-lər olduğunu bildirib.

Nəticələr USAID-in fəaliyyətinin dayandırılmasından sonra yaranan iş itkilərinin müxtəlif irqi qruplara eyni təsir göstərmədiyini göstərir.